SON XƏBƏR

ABŞ və Avropa İttifaqı Ukrayna ilə bağlı strategiyasını dəyişir - "Politico"

Dekabr 28
10:27 2023
ABŞ və Avropa İttifaqı Ukrayna ilə bağlı strategiyasını dəyişir və Rusiya üzərində tam qələbə qazanmaq əvəzinə, diqqəti müdafiə və danışıqlara hazırlığa yönəltməyi təklif edir.

Qaynarinfo xəbər verir ki, "Politico” ABŞ və Avropa rəsmiləri arasında olan mənbələrə istinadən yazır.

Onların fikrincə, strateji müdafiəyə keçid Ukraynaya Vladimir Putinlə gələcək danışıqlarda kömək etməlidir ki, bu da çox güman, Ukrayna ərazisinin bir hissəsinin Rusiya Federasiyasının xeyrinə imtinası demək olacaq.

Açıq müzakirələrdə Qərbin mövqeyi dəyişməyib - Ukrayna Rusiya ordusunu öz ərazisindən tamamilə çıxarmalıdır. Politico mənbələri bildirirlər ki, pərdəarxası müzakirələrdə ABŞ, Aİ və Kiyev nümayəndələri Ukrayna qüvvələrini uğursuz əks-hücum zonasından Rusiyanın hücum etdiyi şərqə köçürülməsini müzakirə edirlər. Onların sözlərinə görə, yeni strategiya Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsini və Belarusla sərhəddə istehkamların, tank əleyhinə maneələrin və səngərlərin tikintisini də əhatə edir.

ABŞ Konqresindəki mənbə Politico-ya bildirib ki, Kremllə mümkün sülh danışıqları ilə bağlı müzakirələr "artıq başlayır”. Bununla belə, onun sözlərinə görə, Bayden administrasiyası açıq şəkildə "dala verə bilməz", çünki bu, "siyasi risk" yarada bilər.

"Bundan əlavə, Bayden administrasiyası son dərəcə ehtiyac duyulan silahları təmin etmək üçün Ukraynanın öz müdafiə sənayesini tez bir zamanda dirçəltməyə diqqət yetirir”, - "Politico" yazır.

Bayden administrasiyasının rəsmisi izah edib ki, ABŞ Ukraynanın gələcək hücumlarına hazırlığını inkar etmir və qeyd edir ki, Rusiya ilə hələlik heç bir danışıqlar planlaşdırılmır.

Vaşinqtondakı avropalı diplomat Politico-ya bildirib ki, Avropa İttifaqı həmçinin Ukraynanı Rusiya ilə "danışıqlarda daha yaxşı vəziyyətə salmaq” üçün Ukraynanın NATO üzvlüyünü sürətləndirməklə hədələyir.

Bu strategiyanın dəyişdirilməsinin səbəbləri arasında "Politico" ABŞ (Baydenin reytinqlərinin düşməsi, 2024-cü ildə seçkilərin yaxınlaşması) və Ukraynadakı (burada nəşr Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı və Kiyev meri Vitali Kliçkonun Volodimir Zelenskiyə "müqavimətindən” yazır) daxili siyasi vəziyyəti göstərir. 

Materialda "The New York Times”ın başqa bir mənbəyə əsaslanan məqaləsi də xatırladılır.  Orada NYT Qərb rəsmilərinə və Kremlə yaxın mənbələrə istinadən yazıb ki, Putin diplomatik kanallar vasitəsilə atəşkəs və danışıqlara hazır olduğunu bildirib.

Onların fikrincə, Putin artıq Zelenskinin hakimiyyətdən uzaqlaşdırılmasını tələb etmir və paytaxtı Kiyev olan suveren Ukraynanın mövcudluğuna razıdır. Bununla belə, Putin 2022-ci ilin payızında Kremlin Rusiya ərazisi elan etdiyi ilhaq edilmiş Ukrayna vilayətlərini öz nəzarətində saxlamaq istəyir.

NYT həmsöhbətlərinin fikrincə, Putin ələ keçirilən mövqelərdən "bir metr də geri çəkilməyə hazır deyil”, lakin razılaşma üçün doğru məqamı görür: döyüşlər dalana dirənib, Ukraynanın əks-hücum əməliyyatı uğur gətirməyib, oktyabr ayından Qəzza zolağında gedən müharibə ilə başı qarışan Qərbin dəstəyi azalmaqdadır. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook