SON XƏBƏR

ABŞ Ukraynaya iki RLS verdi

Noyabr 15
11:02 2015
ABŞ hökuməti Ukraynaya batareya əleyhinə mübarizə üçün iki radio-lokasiya sistemi (RLS) verib.
 
Musavat.com-un məlumatına görə, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payett özünün twitter-dəki səhifəsində yazıb. "Radarlar artıq Lvovdadır” – qeyd edib diplomat. Q36 RLS-lərin təntənəli təqdimatı Yavorovsk poliqonunda, Ukrayna prezidenti Pyotr Poroşenkonun iştirakı ilə olacaq. Q36 RLS-lərin kəşfiyyat uzaqlığı 30 km-dir.
 
Hazırda Ukrayna Silahlı Qüvvələrinin istismarında olan RLS-lərdə bu göstərici 6 km-dir. Xatırladaq ki, ötən qış ABŞ Kiyevə minaatanlar əleyhinə RLS-lər vermişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook