ABŞ Ukraynaya dəstəyini davam etdirəcək - Dövlət Departamenti

İyul 09
09:30
2025
ABŞ Ukraynaya dəstəyini heç vaxt dayandırmayıb və bundan sonra da davam etdirmək niyyətindədir.
"Report" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus keçirdiyi brifinqdə deyib.
O bildirib ki, son fasilə ABŞ hökumətinin yeni yanaşması kimi qəbul edilməməlidir.