SON XƏBƏR

ABŞ Ukraynanı müvəqqəti olaraq bəzi ticarət güzəştlərindən məhrum edib

Dekabr 23
12:57 2017
ABŞ Ukraynanı yerli hökumətin intellektual mülkiyyət hüquqlarının qorunması istiqamətində göstərdiyi səylərini kifayət qədər hesab etməyərək, Kiyevi Baş Ticarət İmtiyazları Sisteminin (BİS) təsir dairəsindən çıxarıb.
 
"Report” xəbər verir ki, bunu Konqres rəhbərliyinə müraciətində Amerika lideri Donald Tramp bildirib.
 
"Mən qərar qəbul etdim ki, Ukraynadan olan bir sıra məhsul növlərinə qarşı BİS çərçivəsində tətbiq olunan imtiyazların fəaliyyətini dayandırmaq düzgün olar", — deyə Tramp qeyd edib.
 
Onun məktubunun mətni Ağ evin mətbuat xidməti tərəfindən yayılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook