ABŞ Türkmənistan pambığının tədarükünə qadağa qoyub
May 25
09:12
2018
ABŞ Türkmənistandan pambıq və pambıq məhsullarının ölkəyə gətirilməsinə qadağa qoyub
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ sərhəd və gömrük mühafizəsi idarəsinin saytında dərc edilmiş məlumatda bildirilir.
Məlumata görə, qərar mayın 18-də qəbul edilib.
Qərarın səbəbinə dair açıqlama verilməyib. Lakin, məlumdur ki, qərarın təşəbbüskarı olan "Cotton Campaign” humanitar təşkilatı dəfələrlə Orta Asiyada pambıq istehsalatı sahəsində uşaq və qul əməyindən istifadə olunduğunu iddia edib. Təşkilatın səyləri nəticəsində həmçinin "Inditex”, "IKEA” və "H&M” kimi iri ticarət şəbəkələri də Türkmənistan pambığının tədarükünü dayandırıb.