ABŞ Türkiyəyə F-16 satmaq üçün "yaşıl işıq" yandırdı
Aprel 07
12:23
2022
Bu il martın 17-də ABŞ administrasiyası Konqresə məktub göndərərək F-16 döyüş təyyarələrinin Türkiyəyə satışının məqsədəuyğun hesab edildiyini bildirib.
Bu barədə Qaynarinfo "Anadolu” agentliyinə istinadla xəbər verir.
"Türkiyə Silahlı Qüvvələri NATO-nun ikinci ən güclü ordusudur. Türkiyə uzun onilliklərdir ki, NATO-dakı tərəfdaşları ilə birgə işləyir. Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən birmənalı mövqeyi regionda sabitliyin qorunması üçün böyük əhəmiyyət kəsb edir. Türkiyə Rusiyada S-400 aldıqdan sonra ona sanksiya tətbiq edildi. Ancaq bu sanksiyaların əvəzini tam ödədi.Yeni reallıqda F-16-ların satışı məqsədəuyğun hesab olunur. F-16-ların bir partiyasının Türkiyəyə satılması ABŞ-ın siyasi maraqlarına və iqtisadiyyata xidmət edir”, - məktubda deyilir.
Ötən ilin oktyabrında Türkiyə ABŞ-dan 40 "Lockheed Martin" F-16 döyüş təyyarəsi və mövcud hərbi təyyarələri üçün 80-ə yaxın təkmilləşdirmə dəsti almaq istəyib.