"ABŞ Suriyanın yaratdığı riskləri azaltmaq üçün tərəfdaşlarla çalışacaq" - Bayden
Dekabr 09
05:10
2024
ABŞ administrasiyası Suriyanın yaratdığı riskləri azaltmaq üçün tərəfdaşlar və maraqlı tərəflərlə işləyəcək.
Bayden, həmçinin əlavə edib ki, Vaşinqton İŞİD-ə qarşı mübarizəni davam etdirmək niyyətindədir və onun dirçəlməsinə imkan verməyəcək.
"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Suriyadakı vəziyyətlə bağlı Ağ Evdə çıxışı zamanı deyib.
"ABŞ Suriyadan gələn mümkün təhdidlər fonunda İsrail, İordaniya, İraq və Livanın rəhbərliyi ilə məsləhətləşmələr aparacaq", - Bayden qeyd edib.