SON XƏBƏR

ABŞ Simonyanı “qara siyahı”ya saldı

Sentyabr 05
10:32 2024
ABŞ Maliyyə Nazirliyi RT telekanalının baş redaktoru və Kremlin ən çirkin təbliğatçılarından biri olan Marqarita Simonyana, eləcə də onun müavinləri Anton Anisimov və Yelizaveta Brodskayaya qarşı sanksiyalar tətbiq edib. 

"AzPolitika” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bundan başqa, RT xəbər yayımı xidmətinin rəis müavini Andrey Kiyaşko, rəqəmsal media layihələri departamentinin rəhbəri Konstantin Kalaşnikov və rəqəmsal media layihələri departamentinin əməkdaşı Yelena Afanasyeva da "qara siyahı”ya düşüb.

ABŞ tərəfinin yaydığı məlumatda deyilir ki, RT rəhbərliyi saxta xəbərlər və dezinformasiya yaymaqla yanaşı, ABŞ-dəki prezident seçkilərinə təsir etmək məqsədilə Amerika rəsmilərini əməkdaşlığa cəlb etməyə çalışıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook