ABŞ SEPAH-a işləyən 7 casusun adını açıqladı
Mart 25
16:06
2016
ABŞ Ədliyyə Nazirliyi kiber casusluqda şübhəli bilinən 7 iranlı barəsində ittiham hazırlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, iranlılar İslam İnqilabı Keşikçilər Korpusuna (SEPAH) işləməkdə və ABŞ maliyyə sektoruna kiber hücumda ittiham olunur.
Nyu-York təhqiqat qrupunun məlumatına görə, iranlı "casuslar” – Əhməd Fəthi, Həmid Firuzi, Emin Şukuhi, Sadık Əhmedzadəgan, Ümid Gaffarinya, Sina Keysar ve Nadi Saadi İranda fəaliyyət göstərən ITSEC və "Mersad Company” şirkətlərində çalışır. Onların 2011-2013-cü illərdə ABŞ maliyyə sektoruna təşkil edilən kiber hücumlarda iştirak etdiyi bildirilir.
İttihamda həmçinin Həmid Firuzinin 2013-ci ilin avqust və sentyabr aylarında Nyu-York birjasının sisteminə daxil olduğu deyilir.
Adıçəkilən şəxslərin hər birini 10 il həbs cəzası gözləyir.
Qlobal.az



