SON XƏBƏR

“ABŞ səfirliyinin Yerusəlimə köçürülməsi düzgün qərar deyildi” – Makron

May 26
09:08 2018
"ABŞ səfirliyinin Yerusəlimə köçürülməsi düzgün qərar deyildi”.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Sankt-Peterburq beynəlxalq İqtisadiyyat Forumunda keçirilən plenar iclasda çıxış edən Fransa prezidenti Emmanuel Makron bildirib.

"Mən açıq dedim ki, bu, səhv qərardır. Fikirləşmirəm ki, biz bu gün regionda vəziyyəti gərginləşdirməliyik. Hansı ki, bu vəziyyət çox aydın prinsiplərə, müəyyən balansa əsaslanır. İki dövlətin yaradılması ilə bağlı qərarı dəstəkləyirəm. Fransa hər zaman bu qərara sadiq olub. Orada yaşayan xalqları unutmaq olmaz. Biz danışıqlar aparmalıyıq ki, orada iki dövlət olsun, hərəsinin paytaxtı olsun, sərhədləri tanınsın, onlar sülh şəraitində yaşasınlar. Ona görə də, mənə elə gəlir ki, səfirliyin köçürülməsi haqqında qərar düz olmayan və arzulanmayan qərar idi. Biz buna təəssüflənirik”, – deyə o qeyd edib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook