SON XƏBƏR

ABŞ Rusiyaya görə İrana xəbərdarlıq edib

Fevral 23
13:14 2024
ABŞ Rusiyaya raket göndərdiyi üçün İrana xəbərdarlıq edib.

"AzPolitika.info" xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Məlumata görə, ABŞ hökuməti dünən İrana xəbərdarlıq edərək, Rusiyaya ballistik raketlər çatdırarsa, beynəlxalq ictimaiyyətin sürətli və sərt reaksiyası ilə üzləşəcəyini bildirib.

Qeyd olunur ki, Ağ Ev Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi jurnalistlərə bildirib ki, ABŞ hələlik bu raketlərin İrandan Rusiyaya ötürülməsini təsdiqləyən dəlil görməyib. Bildirilir ki, fevralın 21-də "Reuters” altı mənbəyə istinadən İranın Rusiyaya çox sayda güclü ballistik raketlər göndərdiyini açıqlayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook