SON XƏBƏR

ABŞ Rusiyanın daxili işlər nazirinə viza verməkdən imtina edib

Sentyabr 02
03:03 2022
ABŞ Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevin BMT daxili işlər nazirlərinin sammitində iştirakının qarşısını alıb. 

"Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinə viza verilməyib.

"Bununla bağlı bir daha qeyd etmək istərdik ki, nümayəndələr üçün vizaların verilməsi ABŞ-ın imtiyazı deyil, beynəlxalq hüquqi öhdəliyidir”, - Nebenzya əlavə edib.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook