SON XƏBƏR

ABŞ Rusiyanı qlobal maliyyə sistemindən tam təcrid etməyə hazırlaşır

Dekabr 08
10:35 2021
Xarici işlər nazirinin müavini Viktoriya Nuland Senatda dinləmələrdə çıxış edərək bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsi halında ABŞ müttəfiqləri ilə birlikdə cavab tədbiri olaraq Rusiya Federasiyasının dünya maliyyə sistemindən tam təcrid olunması variantını hazırlamaq niyyətindədir. 

Qaynarinfo xəbər verir ki, ABŞ Dövlət Departamenti rəhbərinin müavini artıq müttəfiqlərlə müvafiq müzakirələr aparıldığını bəyan edib.

"Biz Rusiya Federasiyasının qlobal maliyyə sistemindən faktiki olaraq tam təcrid olunmasının Rusiya biznesi və xalqı, onların iş, səyahət və ticarət imkanları üçün bütün nəticələrin nə demək olduğunu müzakirə etdik,” - o deyib.

Nuland əlavə edib ki, Rusiyanı təcavüzdən çəkindirmək üçün ABŞ bütün mövcud variantlardan istifadə etməyə hazırdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook