SON XƏBƏR

ABŞ Rusiyadan neft tədarükü üçün bütün əməliyyatlara icazə verib

Noyabr 23
10:28 2022
ABŞ Maliyyə Nazirliyi Rusiyadan Yaponiya, Bolqarıstan, Xorvatiya və Avropa İttifaqı ölkələrinə xam neftin tədarükü üçün əməliyyatların aparılması üçün ümumi lisenziyalar verib.

"Report” xəbər verir ki, Bolqarıstan, Xorvatiya və ya Avropa İttifaqının dənizə çıxışı olmayan üzv ölkələrə də xam neft idxalı ilə bağlı bütün əməliyyatlara icazə verilir.

Yaponiyaya isə xam neftin tədarükü "Saxalin-2” layihəsindən icazə veriləcək: "Saxalin-2” layihəsində hasil edilən xam neftin dəniz daşınması ilə bağlı bütün əməliyyatlara 30 sentyabr 2023-cü il tarixinədək icazə verilir, bu şərtlə ki, "Saxalin-2” istehsalı olan məhsul Yaponiyaya tam idxal olunsun”.

Bundan əlavə Amerikanın fiziki və hüquqi şəxslərinə Rusiya neftinin marjinal və ya ondan aşağı qiymətə alınması şərti müqabilində dəniz yolu ilə daşınması üçün müəyyən xidmətlər göstərməyə icazə verilir.

Bu qərar dekabrın 5-dən qüvvəyə minir. Maliyyə Nazirliyi həmçinin yaxın vaxtlarda Rusiyadan neftin qiymətinin yuxarı həddi ilə bağlı tədbirlərin həyata keçirilməsinə dair təlimat dərc etmək niyyətində olduqlarını açıqlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook