SON XƏBƏR

"ABŞ Rusiya ilə strateji hücum silahları ilə bağlı yeni müqaviləni müzakirə edəcək" - Ağ Ev

Fevral 06
07:30 2026
ABŞ administrasiyası yeni Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsini əvəz edəcək saziş hazırlamaq üçün Rusiya ilə danışıqları davam etdirməyi planlaşdırır.

"Report"un məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib.

"Prezident (ABŞ Prezidenti Donald Tramp) nüvə silahları üzrə mütəxəssislərimizin uzun müddət davam edəcək yeni, təkmilləşdirilmiş və modernləşdirilmiş müqavilə üzərində işləməsini istəyir. ABŞ məzh bunun Rusiya ilə müzakirəsini davam etdirəcək", - o deyib.

Daha əvvəl Tramp qeyd edib ki, ABŞ yeni Strateji Hücum Silahların Azaldılması Müqaviləsininin müəyyən müddəalarını qüvvədə saxlamamalı, əksinə bu sahədəki tərəfdaşları ilə yeni müqavilə hazırlamalıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook