SON XƏBƏR

ABŞ Ruhani və Zərifə viza verdi

Sentyabr 20
10:39 2019
ABŞ İran Prezidenti Həsən Ruhani və XİN rəhbəri Cavad Zərifə viza verib.

Qaynarinfo xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi təmsilçisin sözçüsü Əlirza Miryusifi məlumat verib. 

C.Zərif bu gün, H.Ruhani isə bazar ertəsi ABŞ-da baş tutacaq BMT Baş Assambleyasının iclasında iştirak edəcək.

Xatırladaq ki, iyul ayında ABŞ Cavad Zərifə məhdud viza vermiş, XİN başçısı BMT və İranın BMT təmsilçiliyinin ofisini tərk edə bilməmişdi. Ötən gün isə Zərifə viza verilməməsi barədə xəbərlər yayılmışdı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook