ABŞ qlobal razılaşmadan imtina etdi
Dekabr 04
16:33
2017
ABŞ-ın dövlət katibi Reks Tillerson Vaşinqtonun bundan sonra Qlobal Miqrasiya razılaşmasında iştirak etməyəcəyinə dair BMT-yə bəyanat göndərib.
"Amerikanın Səsi”nin yaydığı məlumata görə, sənəddə vurğulanıb ki, bu proqram ABŞ-ın immiqrasiya siyasətinə uyğun gəlmir.
Tillersonun sözlərinə görə, ABŞ miqrasiya məsələlərində beynəlxalq əməkdaşlığı dəstəkləyir, lakin suveren ölkələr bunun təhlükəsiz və leqal olması üçün daha çox məsuliyyət daşıyırlar.
Bəyanata əsasən, sərhədlərini necə qorumaq və ölkəyə kimin gəlməsi barədə qərarı Vaşinqton özü verəcək.