ABŞ Putin, Lavrov və Şoyquya qarşı sanksiyalar tətbiq edib
Fevral 26
04:53
2022
ABŞ-ın Maliyyə Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya Prezidenti Vladimir Putin və Rusiyanın xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edib.
"Report” xəbər verir ki, bu barədə nazirliyin bəyanatında deyilir.
"Bu gün ABŞ müttəfiqlərimiz və tərəfdaşlarımızla koordinasiyada Rusiyanın Ukraynaya əsassız, təxribatsız və qəsdən hücumuna Rusiya prezidenti Vladimir Putin və Rusiyanın xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq etməklə güclü cavab verməyə davam etdi”, - ABŞ-ın Maliyyə Nazirliyinin məlumatında deyilir.