SON XƏBƏR

ABŞ prezidentliyinə namizədlərin hamısı İranın düşmənləridir — Ayətulla Əli Xamneyi

Mart 21
11:16 2016
İranın ali dini lideri Ayətulla Əli Xamneyi televiziya efirində xalqa müraciətində ABŞ-dakı prezidentliyə namizədlərin hamısını İranın düşmənləri adlandırıb.
 
Qlobal.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Ə. Xamneyi deyib ki, ABŞ prezidentliyinə namizədlərin hamısı İranı "qaralamağ”a çalışırlar və bu, düşmənçilik işarəsidir.
 
Ə. Xamneyi nüvə proqrammı ilə bağlı sanksiyaların qaldırılmasına baxmayaraq, İranın hələ də əvvəlki kimi xarici bank və şirkətlərlə çalışmaq sahəsində çətinliklərlə üzləşdiyini də bildirib. İranın ali dini lideri sanksiyaların yalnız kağız üzərində qaldırıldığını bəyan edib.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook