SON XƏBƏR

ABŞ prezidentliyinə namizəd NATO-nun pulunu kəsməyə çağırdı

Mart 22
13:00 2016
"NATO-nun dəstəyi üçün ayrılan vəsaitin həcmi azaldılmaldır”.
 
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bunu ABŞ-da Respublikaçıların prezidentliyə qalmaqallı namizədi Donald Tramp deyib.
 
"Biz NATO-ya külli miqdarda vəsait ayırırıq. Hazırda biz başqa bir dövrdə yaşayırıq deyə NATO-ya ayrılan vəsaitə yenidən baxılmalıdır. Qurumun qorunması üçün pulu kəsilməlidir”, - deyə o, əlavə edib.
 
Xatırladaq ki, ABŞ-ın hərbi büdcəsi NATO ölkələrinin ümumi büdcəsinin təxminən 75 faizini təşkil edir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook