SON XƏBƏR

ABŞ Prezidenti Qəzza razılaşmasının mərhələlərini açıqlayıb

Yanvar 16
00:27 2025
Qəzza razılaşmasının birinci mərhələsi altı həftə davam edəcək, atəşkəs, İsrail qoşunlarının çıxarılması, girovların azad olunmasını əhatə edəcək.

"Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden müraciətində bildirib.

Baydenin sözlərinə görə, ikinci mərhələ bütün girovların azad edilməsi və qoşunların çıxarılması prosesinin başa çatmasını nəzərdə tutur və üçüncü mərhələnin həyata keçirilməsi zamanı öldürülən girovların qalıqları qohumlarına qaytarılacaq, bundan sonra anklavın bərpası prosesi başlayacaq.

O bildirib ki, hər üç mərhələdə atəşkəs rejimi tətbiq olunacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook