ABŞ prezidenti niyə narahatdır? RƏYLƏR
Yanvar 08
08:38
2016
ABŞ prezidenti Barak Obama bugünlərdə Ağ Evdə etdiyi çıxışında bildirib ki, hər il ABŞ-da silahlı hücumlar nəticəsində 30 min uşaq tələf olur. Amerika prezidenti bununla bağlı ölkənin qanunverici orqanında qadağaların qəbul olunması barədə tövsiyələrini də bildirib. Lakin bu gün ABŞ mətbuatı Barak Obamanın həmin fikirləri qarşısında sual ünvanlayırlar ki, bir il ərzində silahlı hücumlar nəticəsində 30 min uşağın həyatının itirildiyi ABŞ dünya bazarına çıxararaq satdığı silahlar səbəbindən nə qədər uşağın həlak olması barədə rəqəmləri hesablayıbmı?
Məsələ ilə bağlı biz də siyasi şərhçilərə müraciət etdik və onların bu kontestdəki cavablarını öyrənməyə çalışdıq.
Politoloq Elçin Mirzəbəyli:
- ABŞ prezidenti Barak Obama hər il ölkə daxilində satılan silahlardan açılan atəş nəticəsində çoxlu sayda insanın öldüyü və uşaqların qətlə yetirildiyini bildirib. Lakin şübəsiz ki, hər zaman olduğu kimi məhz Amerikanın siyasəti nəticəsində dünyada baş verən faciələrə hər kəs göz yumur. ABŞ-ın yürütdüyü yanlış siyasət nəticəsində, o cümlədən terrorçu qruplara ayrı-ayrı silahlı birləşmələri silahlandırılması nəticəsində bu gün dünyanın ayrı-ayrı ölkələrində hər gün çoxlu sayda günahsız insan qətlə yetirilərək öldürülür.
"Bəşəri dəyərlərə meydan oxumaq deməkdir”
Bizlər bununla bağlı da ABŞ-ın bu günə qədər nə etirafının, nə də bu istqamətdə hər hansı bir addım atdığının şahidi olmamışıq. Bu şübəsiz ki, ikili standartlardan irəli gələn bir faktırdır. Eyni zamanda ABŞ-ın bütövlükdə Amerka vətəndaşlarına və Amerkadan kənarda yaşayan insanlara olan münasibətinin göstəricisidir. Hesab edirəm ki, sözügedən amil həm də anti-humanist bir yanaşmadır. Hətta bəşəri dəyərlərə meydan oxumaq deməkdir.

Politoloq Arzu Nağıyev:
Düşünürəm ki, doğrudan da son zamanlar həqiqətən silahlı insidentlər ABŞ-da daha çox hal alıb və demək olar ki,adiləşib. Məhz buna görə də silah satışının qarşısının alınması istiqamətində müvafiq addımlar atmaq lazımdır. Birləşmiş Ştatların prezidenti Obama dəfələrlə bunun qarşısının alınmasına çalışsa da qanun layihələri konqresdən keçməyib. Çünki bu o qədər də asan iş deyil. Silah alveri ilə məşğul olan assosiasiya böyük təsir dairəsinə malikdir. Hətta konqresdə belə qərar qəbul etmək mümkün olmur. Buna görə də ABŞ prezidenti Barak Obama konqressiz belə bir qərarın qəbul edilməsini planlaşdırır. Qanunun əsas ideyası ondan ibarətdir ki, hər bir silah əldə edən şəxsin tərcümeyi halı, haradan silah almasından asılı olmayaraq çox dəqiqliklə yoxlanmalıdır.
"Bu qərarın qəbul edilməsi zəruridir”
Əvvəllər silahı hətta internet vasitəsilə də almaq mümkün idi. Yəni bununla əsas məsuliyyət silah satanların üzərinə qoyulur. Yoxlamada isə əsasən parametr kimi silah alanın hüquqi pozuntuları və psixi xəstəliyinin olub –olmamsı nəzərə alınmalıdır. Zənnimcə bu qərarın qəbul edilməsi vacibdir. Hər il odlu silahın istifadəsi nəticəsində təkcə ABŞ –da 30 mindən artıq insan hıəlak olur və bunların da bir hissəsi uşaqlardır. Məsuliyyəti isə heç kim öz üzərinə götürmək istəmir. Məhz buna görə də ABŞ hakimiyyəti belə bir addım atmaq qərarı qəbul edib.
SİA.az



