"ABŞ oyundan çəkilir, Rusiya isə..." - Baş nazir
İyun 03
11:01
2017
ABŞ mövcud güclərin oyunundan çəkilir.
Axar.az xəbər verir ki, bu sözləri Avstriya Baş naziri Kristian Kern ABŞ-ın Paris İqlim Razılaşmasından çıxmasına münasibət bildirərkən deyib.
"Bu durum biz də daxil, qalan hər kəsin birləşməsinin vacibliyini ortaya qoydu. Təbii ki, bu mənada Rusiya önəmli müttəfiqdir”, - Avstriya rəsmisi bildirib.
Qeyd edək ki, dünən Ağ Ev rəhbəri ölkəsinin Paris İqlim Razılaşmasından çıxması barədə qərar qəbul edib



