SON XƏBƏR

ABŞ oranı bombalayacaq - Hədəf elan edildi

Aprel 10
02:25 2018
ABŞ Suriyanın helikopter bazasını bombardman edə bilər.
 
Publika.az xəbər verir ki, bunu NATO-nun Avropa qüvvələrinin keçmiş komandanı, general Uesli Klark CNN telekanalına bildirib.
 
"Təcili cavab ondan ibarət ola bilər ki, ABŞ Suriyanın helikopterlər bazasına zərbələr endirsin”, - o deyib.
 
General qeyd etdi ki, indiki halda güc variantından başqa, heç bir başqa variant mümkün deyil.
 
Qeyd edək ki, bu gün T-4 hərbi hava bazası raket hücumuna məruz qalıb. Suriyanın dövlət agentliyi olan SANA raket hücümunun ABŞ-ın təcavüzü olduğunu istisna etməsə də, Rusiyanın Müdafiə Nazirliyi aviazərbələrin İsrailin Hərbi Hava Qüvvələri tərəfindən endirildiyini açıqlayıb.
 
"İsrailin Hərbi Hava Qüvvələrinin iki F-15 təyyarəsi Suriyanın hava məkanına girmədən Livan ərazisindən səkkiz idarə olunan raketlə zərbəni endirib", - idarədən bildiriblər.
 
Rusiya hərbçilərinin məlumatına görə, 3 raket aerodromun qərb hissəsinə düşüb, daha 5-i isə Suriyanın Hava Hücumundan Müdafiə gücləri tərəfindən zərərsizləşdirilib.
 
"Fars” agentliyi xəbər verib ki, raket zərbələri nəticəsində 3 iranlı ölüb. Məlumata görə, raket zərbələrinin endirildiyi baza Şərqi Qutada kimyəvi hücumu həyata keçirən təyyarələr tərəfindən istifadə edilirdi. Bazada İran güclərinin olduğu bildirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook