ABŞ Nümayəndələr Palatası Azərbaycan əleyhinə düzəlişləri qəbul etməyib
Dekabr 10
12:43
2022
ABŞ Nümayəndələr Palatası ermənipərəst konqresmenlər tərəfindən 2023-cü maliyyə ili üzrə ölkənin müdafiə büdcəsi layihəsinə təklif olunan Azərbaycan əleyhinə düzəlişləri qəbul etməyib.
Ermənpərəst konqresmenlər - demokratlardan Adam Şiff, Frank Pellon, Cudi Çu və respublikaçılardan Qas Bilirakis sənədin əleyhinə səs veriblər.
Qeyd edək ki, 2023-cü maliyyə ili üzrə ölkənin müdafiə büdcəsi layihəsinə ermənipərəst demokrat konqresmenlərdən Robert Menendes və Aleks Padila tərəfindən iki, Ceki Şpeyer, Frenk Pellon, Adam Şiff və Toni Kardenas tərəfindən isə 5 düzəliş təklif olunmuşdu. Onlardan 682 və 724 saylı düzəlişlər ABŞ-ın Azərbaycana yardımlarına qadağa qoyulmasını özündə ehtiva edirdi.



