SON XƏBƏR

ABŞ kəşfiyyatı Rusiya və İran arasında müdafiə sahəsində əməkdaşlıqdan narahatdır

Dekabr 17
08:22 2022
ABŞ Rusiya və İran arasında artan əməkdaşlıqdan narahatdır və onun sonda tam hüquqlu müdafiə tərəfdaşlığına çevrilə biləcəyindən ehtiyatlanır.

"Report” xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns deyib.

"Biz kifayət qədər narahatıq. Rusiya ilə İran arasında tarixən çox böyük inamsızlıq olub, lakin onların hazırda bir-birinə ehtiyacı var. Və indi ortaya çıxmağa başlayan məsələ, ən azı, Rusiya və İran arasında tammiqyaslı müdafiə tərəfdaşlığının ilkin mərhələsidir”-deyə, o bildirib.

Onun sözlərinə görə, Rusiya ilə İran arasında tərəfdaşlıqlar artıq Ukraynadakı döyüş meydanına təsir edir: "Bu davam edərsə, Yaxın Şərqə də daha təhlükəli təsir göstərə bilər. Ona görə də biz bunu çox ciddi qəbul edirik”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook