ABŞ kəşfiyyatı Çin smartfonları almamağı tövsiyə etdi
Fevral 15
15:32
2018
ABŞ kəşfiyyat orqanlarının – Federal Təhqiqatlar Bürosunun (FBİ), Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) və Milli Təhlükəsizlik Agentliyinin (NSA) rəhbərləri ölkə vətəndaşlarını Çinin "Huawei” və ZTE şirkətlərinin smartfonlarından istifadə etməməyə çağırıblar
Lent.az-ın "The Verge” portalına istinadən verdiyi xəbərə görə, FBİ direktoru Kristofer Rey "Huawei” və ZTE-nin ABŞ mobil operatorlarının şəbəkəsində önəmli yer tutmağa başlamasından narahat olduqlarını açıqlayıb. O, həmin qurumları "Amerikan dəyərlərindən fərqli dəyərlərə sahib olan ölkənin şirkətləri” adlandırıb. K. Rey bildirib ki, Çin istehsalçılarının cihazlarından amerikalıların vacib məlumatlarını ələ keçirmək üçün casusluq məqsədilə istifadə oluna bilər.
NSA rəhbəri Maykl Rocers isə qeyd edib ki, ABŞ Çin şirkətlərinin fəaliyyətini diqqətlə izləməlidir.
Artıq ABŞ-dakı yerli mobil operatorlara "Huawei” smartfonlarının yeni modellərinin satışına başlamamaq tövsiyə olunub. Çin şirkəti yanvar ayında Las Veqasda keçirilən CES sərgisində ABŞ-ın nəhəng mobil operatoru AT&T ilə əməkdaşlığa başlayacağını elan etməyə hazırlaşırdı. Lakin sövdələşmə baş tutmayıb, çünki hökumətin tövsiyəsi ilə AT&T bu anlaşmadan vaz keçib. ABŞ-ın rabitə üzrə Federal Komissiyası hesab edir ki, "Huawei” Çin hökuməti ilə sıx əməkdaşlıq edir və amerikalı istifadəçilərin fəaliyyətini izləyə və onların məlumatlarını Çin kəşfiyyatına ötürə bilər.
"Huawei”in mətbuat xidməti isə casusluq iddialarını rədd edib. Şirkətdən bildiriblər ki, onların məhsulları kibertəhlükəsizliyə istənilən digər şirkətin məhsullarından daha artıq təhlükə törətmir.
Qeyd edək ki, 2017-ci ildə "Huawei” dünyanın ən böyük smartfon istehsalçılarının siyahısında "Apple”ı ötərək 2-ci sıraya çıxıb. Bu sahədə birincilik "Samsung”a məxsusdur.