ABŞ İranın ali lideri və onun oğlunun aradan götürülməsi imkanını nəzərdən keçirir - "Axios"
Fevral 21
09:19
2026
ABŞ İranın ali dini lideri Əli Xamenei və onun oğlunun fiziki cəhətdən məhv edilməsi imkanlarını nəzərdən keçirir.
"Report" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
"Eyni zamanda, Trampa ali liderə birbaşa sui-qəsdi də əhatə edən hərbi variantlar təklif olunub", - deyə portal qeyd edib. Məlumata görə, belə bir variant həmçinin Xameneinin xələfi hesab edilən oğlunun da aradan qaldırılmasını nəzərdə tutur.



