SON XƏBƏR

ABŞ İrana görə Çin şirkətini cəzalandırıb

Mart 08
20:18 2016
ABŞ-ın Ticarət Nazirliyi Çinin ZTE telekommunikasiya şirkətinə İrana ixracat məhdudiyyətlərini pozduğu üçün sanksiya tətbiq edib.
 
"Report" xəbər verir ki, bu haqda İranın "Tesnim" agentliyi məlumat yayıb. Bu sanksiyaya əsasən, ZTE-nin müştəriləri hər çeşid cihaz satışı ilə bağlı ABŞ-dan lisenziya almalıdır.
 
Məlumata görə, Ticarət Nazilriyi gələn həftə məsələ ilə bağlı qərarı yayımlayacaq.
 
ABŞ-da mobil telefon istehsalı ilə də məşğul olan Çin şirkətinin Honq-Konq və Şençjene də satışı təxirə salınıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook