ABŞ Çin istehsalı olan məhsullara gömrük rüsumu tətbiq etməkdə israrlıdır
May 30
13:39
2018
Mayın 20-də ABŞ-la Çin arasında ticarət müharibəsinə son qoyulması barədə razılıq əldə edilsə də, ABŞ Prezidenti Donald Tramp Çin istehsalı olan məhsullara gömrük rüsumu tətbiq etməkdə israrlıdır.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, söhbət 25%-lik xüsusi tarifdən gedir və onun hesabına formalaşacaq gömrük rüsumlarının ümumi dəyəri 50 mlrd. ABŞ dollarıdır.
Rüsumlar Çin üçün əhəmiyyətli hesab edilən və "Made in China 2025" adı ilə idxal edilən mühüm malları da əhatə edəcək.
Xüsusi tarif tətbiq ediləcək məhsulların siyahısı iyunun 15-də çap olunacaq.