SON XƏBƏR

ABŞ-ın Baş prokuroru Ukraynaya səfər edib

Mart 04
08:31 2023
ABŞ-ın Baş prokuroru Merrik Qarland Ukraynanın Lvov şəhərinə bu ölkədə münaqişə ilə bağlı cinayətləri törədənlərin məsuliyyətə cəlb olunmasını müzakirə etmək üçün gözlənilmədən səfər edib.

"Report” xəbər verir ki, bu barədə "Reuters” ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

"Baş prokuror bir neçə görüş keçirib, ABŞ-ın Rusiyanı qonşu suveren ölkəyə təcavüzü zamanı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etmək öhdəliyini bir daha təsdiq edib”, - məlumatda deyilir.

"ABC” telekanalının mənbələrə istinadən verdiyi məlumata görə, Qarland Ukraynanın baş prokuroru Andrey Kostinin dəvəti ilə Lvova "Ədalət naminə birlik” konfransında iştirak etmək üçün səfər edib



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook