ABŞ hərbi təyyarəsini Ukraynaya köməyə göndərdi
Noyabr 26
14:35
2018
ABŞ hərbi hava qüvvələrinə məxsus "RC-135V” radioelektron kəşfiyyat təyyarəsi Yunanıstanın Krit adasındakı Suda-Bey aviabazadan çıxaraq Rusyia ilə Ukrayna arasında baş vermiş silahlı insidentlə əlaqədar Qara dəniz akvatoriyasına yollanıb.
Bu barədə "Ukrayna hərbi portalı” məlumat yayıb.
Bildirilir ki, ABŞ-a məxsus kəşfiyyat təyyarəsi Bolqarıstan hava məkanından keçərək Rusiyanın ilhaq etdiyi Krım sahillərinə doğru istiqamətlənib.
Xatırladaq ki, ötən gün Ukraynaya məxsus "Berdyansk” və "Nikopol” kiçik zirehli artilleriya katerləri, həmçinin "Yanı Kapu” yedək gəmisi tapşırığı yerinə yetirib geri qayıdarkən Rusiyanın Qara Dəniz Donanması tərəfindən ələ keçirilib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına əsasən, Rusiyanın Qara dənizdəki ərazi sularına girən gəmilər Rusiya sərhəd xidmətinin xəbərdarlıqlarına baxmayaraq, təhlükəli manevrlər etdiyindən onlara qarşı silahlı güc tətbiq edilərək dayandırılıblar. Əməliyyat zamanı 3 Ukrayna hərbçisinin yaralandığı və sonradan onlara tibbi yardım göstərildiyi bildirilib. İnsidentlə əlaqədar Rusiya sərhədlərinin pozulması üzrə cinayət işi açılıb.
Ukrayna tərəfi isə Rusiyanın yaydığı məlumatın düzgün olmadığını və yaralı hərbçilərin 6 nəfər olduğunu bildirib. Hətta hərbçilərdən birinin öldüyü barədə iddialar səslənir. Rəsmi Kiyevə görə, Rusiyanın Ukrayna Hərbi Dəniz Qüvvələrlərinin gəmilərinə hücumu hərbi təcavüz aktıdır. Vəziyyətlə əlaqədar Ukrayna prezidenti Pyotr Poroşenko ölkədə 60 günlük hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı məsələni Ali Radaya göndərib, Rusiyanın təcavüzü barədə "G7” ("Böyük yeddilik”) ölkələrini və BMT Təhlükəsizlik Şurasının üzvlərini məlumatlandırıb.