ABŞ Gürcüstana silah göndərir
Mart 11
18:08
2016
ABŞ Gürcüstana çoxlu sayda silah göndərəcək.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, öncə ABŞ "Bredli” tipli Piyadaların Döyüş Maşını və "Abraams” tanklarını göndərəcək.
ABŞ-ın Avropadakı qoşununun komandanı general-leytenant Ben Xoces deyib ki, silahları Amerika ordusunun hava desantları müşayət edəcək.
Qeyd edək ki, cari ilin mayında Gürcüstanla ABŞ arasında genişmiqyaslı hərbi təlimlər keçiriləcək.
Qlobal.az



