ABŞ generalı: “Növbəti bir neçə həftə Ukraynada müharibənin gedişatı baxımından müəyyənedici olacaq”
May 31
11:03
2022
"Növbəti bir neçə həftə Ukraynada müharibənin gedişatı baxımından müəyyənedici olacaq”.
"Report” xəbər verir ki, bunu ABŞ Birləşmiş Qərargahlar Komitəsinin rəisi general Mark Milli "Fox News”a müsahibəsində bildirib.
"Hazırda Donbasda Ukrayna və Rusiya qüvvələri arasında əhəmiyyətli döyüşlər davam edir. Bir neçə həftə ərzində baş verəcək hadisələr gələcək inkişafı əhəmiyyətli dərəcədə müəyyən edəcək”, - o vurğulayıb.
M.Millinin sözlərinə əsasən, Donbasda mövqe döyüşləri tərəflərdən birinin qələbəsi ilə başa çata bilər. O, hər iki tərəfin əhəmiyyətli sayda itkilərini nəzərə alaraq, müharibədən ən yaxşı çıxış yolunun sülh danışıqları olduğunu bildirib: