ABŞ gələcəyin təyyarəsini göstərdi - İlk dəfə
Fevral 29
13:26
2016
ABŞ ilk dəfə gələcəyin bombardmançısı - B-21 təyyarəsini nümayiş etdirib.
Avropa.info xəbər verir ki, təyyarənin hələ ki, fotosu göstərilsə də, bu özü onun haqda təsəvvür yaratmağa kifayət edir.
LRS-B (Long Range Strike Bomber) layihəsi çərçivəsində hazırlanan təyyarənin nümayişini ABŞ Hərbi Hava Qüvvələri naziri Debora Li Ceyms keçirib. Məlum olub ki, bombarmançı "uçan qanad” aerodinamik sxemi üzrə inşa ediləcək.
Təyyarə özündən əvvəlki B-2 bombardmançısının təkmilləşmiş variantı olacaq. B-2 kimi o da, səs sürətindən sürətli uçacaq, lakin radarlarda "gözəgörünməz” olacaq.
Gözlənilənin əksinə olaraq, bombardmançıya B-2 deyil, B-21 adı verilib. B-21 B-52, B-1 kimi təyyarələri əvəz edəcək.
ABŞ aviasiyası bu təyyarədən 100 almaq istəyir. Hər təyyarənin qiyməti isə 500 milyon dollar olacaq.
Qeyd edək ki, B-21 dünyanın ən bahalı təyyarəsi B-2-dən iki dəfə ucuz başa gələcək.
Versiyaya görə, təyyarənin iki modeli olacaq: pilotlu və pilotsuz.
Xatırladaq ki, 2015-ci ildə Pentaqon "Northrop Grumman” şirkətinə yeni nəsil bombardmançı yaratmaq tapşırığı vermişdi.
Qlobal.az



