ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistana çağırış edib
Noyabr 09
08:52
2021
ABŞ Dövlət Departamenti Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı üçtərəfli bəyanatının imzalanmasının ildönümü münasibətilə rəsmi Bakı və İrəvana Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) xətti də daxil olmaqla, münaqişə ilə bağlı bütün qalan məsələləri həll etmək üçün əlaqələrin intensivləşdirilməsinin zəruriliyinə işarə edib.
Bu barədə "Report” TASS-a istinadən xəbər verir.



