ABŞ-də "TRIPP"in Avrasiya regionunda kommunikasiya kontekstində rolu müzakirə edilib
Dekabr 19
07:11
2025
Amerika-Azərbaycan Ticarət Palatasında "TRIPP – ABŞ-nin yeni strateji landşaftında Avrasiya kommunikasiyası" mövzusunda dəyirmi masa keçirilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyindən bildirilib.
Müzakirələrdə Ermənistan, Qırğızıstan səfirləri, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Tacikistan və Türkmənistan diplomatik missiyalarının nümayəndələri çıxış ediblər.
ABŞ Dövlət Departamenti və Ticarət Nazirliyinin nümayəndələri də müzakirələrə qatılıblar.



