SON XƏBƏR

ABŞ-dan Türkiyəyə çağırış: "Atəşi dayandırın!"

Fevral 14
13:14 2016
ABŞ Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı kürd qüvvələrinə atəş zərbəsi endirməsinə münasibət bildirib.
 
Lent.az Reuters-ə istinadən xəbər verir ki, ABŞ-ın Dövlət Departamentinin rəsmisi Con Kibri bildirib ki, Suriyadakı kürd silahlılarını özündə birləşdirən YPG-yə buradakı qarışıqlıqdan istifadə edərək yeni bölgələr ələ keçirməməklə bağlı xəbərdarlıq ediblər.
 
Türkiyəni və kürd qüvvələrini İŞİD-lə mübarizəyə daha çox diqqət ayırmağa çağıran ABŞ rəsmisi əlavə edib: "Biz Türkiyəni kürdlərə zərbələr endirməyə son qoymağa çağırırıq".
 
Qeyd edək ki, rəsmi Ankara Hələb şəhərinin yaxınlığındakı Azez qəsəbəsi istiqamətində top zərbələri endirildiyini təsdiqləyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook