SON XƏBƏR

ABŞ-dan şad xəbər: Dollar sürətlə ucuzlaşır

Mart 16
22:41 2016
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) iki günlük iclasına yekun vurulub.
 
APA-nın xəbərinə görə, iclasın yekunlarına dair protokolda qeyd edilib ki, FES uçot dərəcəsini dəyişməyib.
 
Qeyd edək ki, bu qərardan sonra dollar sürətlə ucuzlaşmağa başlayıb. Paralel olaraq, neft bahalaşmaqdadır. Bakı vaxtı ilə 22:30-da FES-in rəhbəri Canet Yellenin mətbuat konfransı baş tutacaq.
 
Qeyd edək ki, ötən ilin dekabrın 16-da FES uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb. Baza faiz dərəcəsi üzrə orta göstərici 0,375% təşkil edir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook