SON XƏBƏR

ABŞ-dan Rusiya şirkətlərinə qarşı sanksiya

May 24
05:21 2021
ABŞ-ın Maliyyə Nazirliyi "Şimal Axını - 2" qaz kəmərinin inşasında iştirak edən Rusiya şirkətlərinə və  13 gəmiyə qarşı sanksiya tətbiq edilib. 
 
Dövlət Departamentinin təklifinə əsasən, sanksiyaya Dəniz Xilasetmə Xidməti, "Mortransservice", Samara İstilik və Enerji Əmlak Fondu və "Koksokimtrans" sanksiyalara məruz qalıb. 
 
Sanksiyalar həmçinin "Akademik Çerski", "Kapitan Beklemişev", "Umka", "Yuri Topçev" və digərləri kimi ixtisaslaşmış gəmilərə də şamil edilib. 
 
Dövlət Departamenti əvvəllər də "Şimal Axını"nın operatoru "2 AG" şirkətinə və qurumun rəhbəri Mattias Varniqə (Matthias Warnig) qarşı sanksiyalar tətbiq etmiş, amma onlar dərhal dayandırılmışdı. 

Dövlət Departamentinin rəhbəri Antoni Blinken (Anthony Blinken) bunun "ABŞ-ın milli maraqları naminə" edildiyini söyləmişdi ("Radio Svoboda").



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook