SON XƏBƏR

ABŞ-dan PKK-ya silah ötürülməsi ilə bağlı açıqlama

Oktyabr 17
12:14 2015
ABŞ PKK-nın Suriya qolu PYD-yə edilən silah yardımına münasibət bildirib.
 
Türkiyənin FOX tv-si xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi polkovnik Pat Rayder müxaliflərə edilən hərbi yardımın suriyalı kürd qrupların əlinə keçmədiyini bildirib. Suriyada hərbi yardımın ərəb müxaliflərinə çatdırıldığını deyən Rayder Türkiyənin narahatçılığını anlayışla qarşıladıqlarını qeyd edib. Rayder edilən bu hərbi yardımın kürdlərə göndərilmədiyini vurğulayıb. Bir müddət əvvəl Türkiyə tərəfi Suriyada hərbi yardımın PYD-yə edildiyini və bu silahların da PKK-ya ötürüləcəyini bəyan etmişdi. Türkiyə Baş nazir Əhməd Davudoğlu isə silahların olduğu yeri məhv edəcəklərini bildirmişdi: "PYD-yə verilən silahın PKK-ya ötürülməyəcəyinə bizi heç kim inandıra bilməz. PYD-PKK ayrı-seçkiliyinin artıq mənası qalmayıb. Əgər bu silahların Şimali İraqda, Türkiyədə istifadə edildiyini müəyyən etsək, silahların olduğu yeri məhv edəcəyik. Bunu həm ABŞ-a, həm də Rusiyaya bildirmişik”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook