SON XƏBƏR

ABŞ-dan Moskva ilə Tehrana xəbərdarlıq

Fevral 19
10:48 2016
ABŞ bəyan edib ki, Rusiyanın İrana SU-30 təyyarələri satmaq istəməsi BMT-nin İrana qarşı tətbiq etdiyi embarqonun pozulması olacaq.
 
ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bildirib ki, bu cür təyyarələrin göndərilməsinə BMT təhlükəsizlik şurasının razılığı gərəkdir. SU-30 təyyarələri ABŞ-ın F-15 E qırıcı təyyarələrinin ekvivalentidir.
 
Toner qeyd edib ki, Vaşinqton bununla bağlı məsələ qaldırmağa hazırlaşır və İranla yekun nüvə sazişində iştirak edən ölkələr bu barədə tam məlumatlandırılmalıdır. Razılaşmaya görə, İrana silah embarqosu 5 il qüvvədə qalmalıdır.
 
Rusiya prezidenti Vladimir Putin fevralın 18-də İranın müdafiə naziri Hossein Dehghanla hərbi-texniki əməkdaşlıq məsələsini müzakirə edib. (azadliq.org)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook