ABŞ-da koronavirusa qarşı vaksinin sınaqları başladı
Mart 17
11:34
2020
Bu gün ABŞ-da koronavirusa qarşı vaksinin ilk sınağı keçirilib.
"Report” xəbər verir ki, məlumatı "CNNTurk” yayıb.
Bildirilib ki, ABŞ-da hazırlanan vaksinin sınağı Vaşinqton ştatında 4 nəfər üzərində test edilib. Test olunanların adları açıqlanmayıb. Onlardan biri 43 yaşlı, 2 uşaq anasıdır. Daha 45 könüllü üzərində sınaq keçiriləcəyi gözlənilir. Nəticə müsbət olarsa, bu vaksindən kütləvi şəkildə 12-18 ay arasında istifadə edilə bilər.
ABŞ Prezidenti Donald Tramp vaksinin snaqdan keçirilməsini belə dəyərləndirib: "Bu, tarixdə ən sürətlə hazırlanan vaksinlərdən biridir”.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Hazırda virus 162 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 182 776-ya çatıb. Bunların 79 884 nəfəri sağalıb, 7 174 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.