SON XƏBƏR

ABŞ aviaşirkətlərinə İran üzərindən uçuşlar qadağan edildi

İyun 21
09:07 2019
ABŞ-ın Mülki Aviasiya İdarəsi Amerika aviaşirkətlərinə İranın Hörmüz boğazı və Oman körfəzi üzərindəki hava məkanlarında uçuş həyata keçirməyi qadağan edən təcili xəbərdarlıq yayıb.

Qaynarinfo xəbər verir ki, idarə ən yaxın mülki təyyarənin İran tərəfindən vurulan Amerika pilotsuz aparatı ilə 45 mil (72 km) məsafədə olduğunu qeyd edib. 

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu iyunun 20-də ölkənin hava məkanına daxil olan Amerika pilotsuz uçan aparatının vurulduğunu bəyan edib. Birləşmiş Ştatlar öz növbəsində aparatın saxlanılan zaman böyük yüksəklikdə olduğunu bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook