ABŞ Almaniyaya 5 milyard dollar dəyərində “Patriot” raketləri satacaq
Avqust 16
07:51
2024
ABŞ Dövlət Departamenti Almaniyaya 5 milyard dollar dəyərində "Patriot” raketlərinin satışını təsdiqləyib.
Qurumun məlumatına görə, Almaniya hökuməti Vaşinqtondan bu tipli 600-ə qədər raketin, habelə müvafiq avadanlıq, təlim proqramları və ehtiyat hissələrinin alışına dair istəklə çıxış edib.
APA xəbər verir ki, bu barədə Pentaqona daxil olan Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.