ABŞ “Açıq Hava Səması Müqaviləsi”nə qayıtmaq imkanlarını araşdırır
Fevral 03
03:24
2021
ABŞ-ın yeni rəhbərliyi "Açıq Hava Səması Müqaviləsi”nə qayıtmağın mümkünlüyünü öyrənir, lakin Rusiya Federasiyasının razılaşmaya tam əməl etmədiyinə inanır.
"Report”un məlumatına görə, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays brifinqdə deyib.
"Biz bununla bağlı (Açıq Hava Səması Müqaviləsi - Red) məsələni araşdırırıq, vaxtında qərar verəcəyik. Bildiyimiz kimi Rusiya hələ də müqaviləyə tam əməl etmir”-deyə, o bildirib.