SON XƏBƏR

ABŞ-a casusluqda ittiham olunan İran vətəndaşı edam edilib

İyul 20
10:41 2020
İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdə fəaliyyət göstərən "Qüds” qanadının komandanı generaal Qasım Süleymaninin hərəkət istiqaməti və iqamətgahı barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məlumat ötürdüyü idddia edilən Mahmud Macd edam edilib.

"Report” xəbər verir ki, məlumatı "Mehr” agenliyi yayıb.

Casusluqda ittiham olunan M.Macdla bağlı çıxarılan hökm iyulun 20-də səhər saatlarında icra olunub.

Qeyd edək ki, Q.Süleymani və onunla birlikdə 12 nəfər yanvarın 3-də ABŞ-ın Bağdadda hazırladığı hərbi əməliyyat nəticəsində öldürülüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook