SON XƏBƏR

ABŞ 73 terrorçunu öldürdü

Mart 26
16:33 2016
Əfqanıstanın cənubundakı Helmand vilayətində ABŞ ordusu tərəfindən təşkil olunan hava əməliyyatlarında çox sayda terrorçu öldürülüb.
 
Musavat.com xəbər verir ki, bu barədə məlumat "Reuters" agentliyində yer alıb.
 
Xəbər verilir ki, əməliyyatlar nəticəsində Taliban qruplaşmasının 73 döyüşçüsü öldürülüb. Əfqan qüvvələrindən verilən açıqlamada, öldürülən 6 terrorçunun Pakistanlı olduğu bildirilib.
 
Məlumata görə, Helmandda artan Taliban hücumlarının ardından ABŞ terrorla mübarizə çərçivəsində əfqan güclərinə kömək üçün əlavə əsgər göndərib. O da bildirilir ki, ABŞ bölgədə hava əməliyyatlarında da Talibanla mübarizədə Əfqanıstana dəstək olur.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook