SON XƏBƏR

Abdin Fərzəliyevin Xırdalan vandalizmi: “Alyans” MTK ilə əlbir olub… – Video

Noyabr 16
13:16 2022
Abşeron rayonu İradə Gülməmmədovanın icra başçısı vəzifəsindən gedişindən sonra ağ günə çıxacağını gözləyirdi. Amma sən saydığını say, gör yeni təyin olunan icra başçısı Abdin Fərzəliyev nə sayır. Əslində ona yeni İH başçısı söyləmək də olmaz, çünki uzun illər Bakının Nərimanov rayonuna rəhbərlik edib, elə oradakı fəaliyyəti də Abşerondan fərqlənməyib: səkilərə qədər satmaq, tikintilərə ağacları qurban vermək, obyekt satmaq, hətta "moyka” biznesi qurmaq… İndisə eynilə Abşeron rayonunda Fərzəliyev bir kabusa çevrilməkdədir.

Tribuna.az xəbər verir ki, onun Abşerona təyinatı ilə rayonda özbaşınalıq, kimin harda istəsə qanunsuz tikinti aparması daha da geniş vüsət alıb. Çünki Nərimanovu qarış-qarış satan bir məmurdan Abşeronda qanuni fəaliyyət gözləməyə də dəyməzdi. Nəticədə Xırdalan, Masazır və digər ərazilərdə Abşeron İH rəhbərinin əl işini görmək mümkündür. Bu iş isə qanunsuz tikintilərə şərait yaratmaqdan tutmuş fərdi ev tikinti üçün rüşvət tələb olunmasına qədər əhatə edir.

Sonuncu belə "nümunə” Xırdalana aiddir. Şəhərin tən ortasında qanunsuz olaraq tikintilər səkiyə çıxarılır, artırmalara yol verilir. Bu da bütün normativləri pozmaq, piyadaların yolunu kəsmək deməkdir. Amma nə Abşeron İH, nə FHN məsələyə müdaxilə edir. Bu faktı lentə alaraq sosial mediada paylaşımasına baxmayaraq, heç bir münasibət bildirilmir. Belə ki, "Alyans” MTK səkini zəbt edərək tikinti aparır. Amma şirkətin qanunsuz əməlinə Abşeron İH qarışmır. Burada iki nəticə çıxır: ya Fərzəliyev şirkətə bata bilmir, ya da tərəflər anlaşıblar. Çünki heç kəs icazəsiz piyadanın yolunu işğal edib tikinti apara bilməz, dərhal başının üstünə icra nümayəndələri alacaqlar. Görünür ki, icra başçısı Fərzəliyev "xeyir-dua” verib və ona görə bu qanunsuz tikintiyə göz yumulur. Ümumiyyətlə, Xırdalanı başdan-başa satmaqda olan icra başçısı Abdin Fərzəliyev əhalini ciddi şəkildə narazı salmaqla yanaşı, onların etimadını itirib. İnsanlar ümid edirdi ki, keçmiş başçının və memarın səhvləri düzəldiləcək, təkrar olunmayacaq, amma tam məyus oldular. İndikilər daha vandal şəkildə Abşeronu tar-mar edirlər. Bu videonu sizə təqdim edirik, özünüz şahid olun:
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook