SON XƏBƏR

Abdin Fərzəliyev Abşeronda tikinti işlərini dayandırdı - Qiymətlər qalxacaq?

Fevral 16
14:49 2022
Abşeron rayonu ərazisində aparılan tikinti işləri dayandırılıb. 
 
AzFakt.com-un əldə etdiyi məlumata görə Abşeron rayon İcra Hakimiyyəti tərəfindən qoyulan qadağa dünəndən "elan" edilib. 
 
İcra Hakimiyyəti rayon ərazisində aparılan tikinti işlərinin dayandırılmasını tikintilərin təftişi ilə əlaqələndirib. 
 
İnşaat sahəsində çalışanlar isə İcra Hakimiyyətinin bu qadağasının arxasında qiymət artımının dayandığını ehtimal edirlər. Belə ki, Abşeron rayonunda aparılan tikinti işlərinə görə bundan sonra daha böyük pullar tələb olunacağı bildirilir. 
   
Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. O, bu vəzifəyə 2022-ci ilin yanvar ayının 19-da təyin edilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook